07 Avqust 2025, 13:19
APL
Premyer Liqaya yüksələn "Karvan" bu gün yoxlama oyunu keçirəcək.
Matc.az xəbər verir ki, Yevlax təmsilçisi 1-ci Liqada mübarizə aparan "Mingəçevir"lə üz-üzə gələcək.
Mingəçevir şəhər stadionunun ehtiyat meydançasında baş tutacaq qarşılaşma saat 18:00-da start götürəcək.
Qeyd edək ki, "Karvan" bundan əvvəl keçirdiyi hazırlıq matçlarında "Şamaxı" və "Qəbələ"yə uduzub, "İmişli"yə ilə qalib gəlib.







_1787601129.jpeg)





