Sabah Misli Premyer Liqasında IV tura start veriləcək.
Matc.az xəbər verir ki, turun oyunları 3 gün ərzində keçiriləcək.
İlk görüş Qəbələdə baş tutacaq. Burada "Kəpəz" "Araz-Naxçıvan"ı qəbul edəcək. Gəncəlilər əvvəlki 3 oyunun hamısında uduzub. "Araz-Naxçıvaan"ın aktivində isə 6 xal var. Qarşılaşma saat 17:45-də başlayacaq.
Sabah ikinci oyun Bakıda baş tutacaq. Son çempion "Qarabağ" "Azersun Arena"da "Zirə" ilə üz-üzə gələcək. Ağdam təmsilçisi keçirdiyi iki oyundan birində qalib gəlib, digərində isə məğlub olub. "Zirə" isə 7 xalla çempionatın lideridir. Matçın final fiti saat 20:00-da səsləndiriləcək. "Qarabağ" "Zirə" ilə matçdan 3 gün sonra UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Benfika"nın qonağı olacaq.
İkinci oyun günündə də 2 qarşılaşma təşkil olunacaq. "İmişli" ilə "Sumqayıt" münasibətlərə aydınlıq gətirəcək. Quba OİK stadionunda baş tutacaq oyun saat 16:30-da start götürəcək. "Sumqayıt"ın aktivində 7 xal var və "kimyaçılar" 2-ci pillədə qərarlaşıb. Premyer Liqanın debütantı "İmişli" isə 4 xal toplayıb.
Çempionatın iddialı komandalarından olan "Turan Tovuz" "Azersun Arena"da elitaya qayıdan "Qəbələ"ni qəbul edəcək. Tovuz təmsilçisi 3 turdan sonra 6 xal toplayıb. "Qırmızı-qaralar" isə 1 heç-heçə edib, 2 dəfə məğlub olub. Görüş saat 19:00-da başlayacaq.
Tura 14 sentyabr tarixində keçiriləcək iki oyunla yekun vurulacaq. İlk matç Şamaxıda baş tutacaq. Burada rayonun eyniadlı komandası "Karvan-Yevlax"la qarşılaşacaq. Bölgə təmsilçilərinin duelinin 16:30-da başlaması nəzərdə tutulub."Karvan-Yevlax"ın 4, "Şamaxı"nın isə 2 xalı var.
Turun sonuncu və mərkəzi görüşü "Neftçi Arena"da keçiriləcək. Burada "Neftçi" "Sabah"ı qonaq edəcək. Qarşılaşma saat 19:00-da start götürəcək. "Ağ-qaralar" 3 oyun keçirib və 2 xal toplayıb. İlk turda "Qarabağ"la oyunu təxirə salınan "Sabah"ın isə 3 xalı var.
Misli Premyer Liqası
IV tur
12 sentyabr (cümə)
“Kəpəz” – “Araz-Naxçıvan”
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu, 17:45
“Qarabağ” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Tərlan Talıbzadə, Teymur Teymurov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Əli Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Azersun Arena”, 20:00
13 sentyabr (şənbə)
“İmişli” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Azər Əsgərov
Quba OİK stadionu, 16:30
“Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Emin Cəfərov
“Azersun Arena”, 19:00
14 sentyabr (bazar)
“Şamaxı” – “Karvan-Yevlax”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Akif Əmirəli, Əkbər Əhmədov
VAR: Nicat İsmayıllı
AVAR: Kamran Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Şamaxı şəhər stadionu, 16:30
“Neftçi” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Elşad Abdullayev, Vüqar Həsənli
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“Neftçi Arena”, 19:00