26 Sentyabr 2025, 14:58
FUTBOL
"Arsenal" "Sevilya"nın futbolçusu Lusyen Aqumeni transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
London təmsilçisi fransalı yarımmüdafiəçini gələn il heyətinə qatmağa çalışacaq. "Arsenal" 23 yaşlı oyunçunu üçün 30 milyon avroluq təklif göndərəcək.
Qeyd edək ki, Lusyen Aqume bu mövsüm "Sevilya"nın heyətində keçirdiyi 5 oyunda 1 qol vurub.