05 Dekabr 2025, 18:50
FUTBOL
UEFA İntizam Komissiyası Ukrayna Futbol Assosiasiyasına (UAF) 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Ukrayna və İslandiya arasında keçirilən oyun zamanı azarkeşlərin davranışına görə cərimə tətbiq edib.
Matc.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
UEFA Ukrayna azarkeşlərinin Rusiyaya ilə bağlı təhqiramiz bannerlərini də qeydə alıb. Ukraynalı azarkeşlər Rusiya Federasiyasını terrorçu dövlət adlandırıblar.
Xatırladaq ki, Ukrayna millisi DÇ-2026-nın seçmə mərhələsində D qrupunda ikinci yeri tutub və pley-off mərhələsində İsveçlə qarşılaşacaqlar.












