Türkiyə Kuboku A qrupunun II turunda "Qalatasaray" səfərdə "Fethiyespor" ilə üz-üzə gəlib.

Matc.az xəbər verir ki, Beşkaza stadionunda baş tutan qarşılaşmada "sarı-qırmızılılar" 2:1 hesabı ilə qələbə qazanıb.

"Qalatasaray"ın qollarını 73-cü dəqiqədə Abdülkerim Bardakçı və 80-ci dəqiqədə Barış Alper Yılmaz vurub. "Fethiyespor"da isə 90-cı dəqiqədə Uğur Ayhan fərqlənib.

Türkiyə Kubokunda ikinci qələbəsini qazanan "Qalatasaray" xalını 6-ya çatdırıb. "Fethiyespor"un isə aktivində 1 xal var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest