18 Yanvar 2026, 16:20
FUTBOL
Kaxaber Sxadadzenin komandası I Liqa təmsilçisi "Baku Sportinq"lə üz-üzə gəlib.
"Qəbələ" təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Matc.az xəbər verir ki, Kaxaber Sxadadzenin komandası Bakı Olimpiya Stadionunun ehtiyat meydanında I Liqa təmsilçisi "Baku Sportinq"lə üz-üzə gəlib.
Qarşılaşma "qırmızı-qaralar"ın 7:1 hesablı qələbəsi ilə başa çatıb. "Qəbələ"nin qollarını İsmaheel Akinade, (4,8), Murad Musayev (27), Eşqin Əhmədov (40), Nicat Əliyev (60), Xayme Sierra (66) və Salihu Nasiru (73) vurub.
Qeyd edək ki, "Qəbələ" ilk sınaq matçında "Kəpəz"ə 3:1, ikinci oyununda isə "Araz-Naxçıvan"a 1:0 hesabı ilə qalib gəlib.












