17 Fevral 2026, 14:31
FUTBOL
"Borussiya" müdafiə xəttini yeni oyunçu ilə gücləndirəcək.
Matc.az xəbər verir ki, Dortmund təmsilçisi "Kruzeyro"da çıxış edən Kaua Pratesin keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Borussiya" 17 yaşlı sol cinah müdafiəçisi üçün Braziliya klubuna 7+5 milyon avro təzminat ödəyəcək. Braziliya U-17 millisinin üzvü yayda yeni komandasının düşərgəsinə qoşulacaq.
Kaua Prates "Kruzeyro"nun yetirməsidir. Gənc oyunçu 2025-ci ilin yayından əsas komandada çıxış edir.

_1771343397.jpg)
_1771341431.jpg)








