Azərbaycanlı hakim UEFA Konfrans Liqası pley-off mərhələsinin "KuPS" (Finlandiya) - "Lex" (Polşa) oyununu idarə edəcək.

FIFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.

Matc.az xəbər verir ki, azərbaycanlı hakim UEFA Konfrans Liqası pley-off mərhələsinin "KuPS" (Finlandiya) - "Lex" (Polşa) oyununu idarə edəcək.

Ona yaax xətt hakimləri Zeynal Zeynalovla Akif Əmirəli köməklik göstərəcəklər. Dördünya hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək. VAR-da İngiltərədən olan Stüart Attvell əyləşəcək. AVAR isə Nicat İsmayıllı olacaq.

Qeyd edək ki, "KuPS" - "Lex" qarşılaşması 19 fevral tarixində keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest