23 Fevral 2026, 15:30
FUTBOL
"Tottenhem" yayda komandadan ayrılacağı gözlənilən Kristian Romeroya əvəzləyici tapıb.
Matc.az xəbər verir ki, London təmsilçisi "Bayer"də çıxış edən Edmond Tapsobanı transfer etmək istəyir. Bu barədə "Africafoot" məlumat yayıb.
"Tottenhem" Burkina-Faso millisinin üzvünü mövsümün sonunda heyətinə qatmağa çalışacaq. Premyer Liqa klubu 27 yaşlı mərkəz müdafiəçisi üçün 40 milyon avroluq təklif göndərəcək.
Qeyd edək ki, Edmond Tapsoba bu mövsüm "Bayer"in heyətində bütün turnirlərdə keçirdiyi 29 oyunda 4 qol vurub, 2 qol ötürməsi edib.






_1771858955.jpg)



_1771851421.jpg)

