Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir. Bu gün boks yarışlarında yarımfinal görüşləri keçirilib. Azərbaycanı təmsil edən iki boksçumuz da final yolunda son görüşlərinə çıxıb.

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir. Matc.az saytının məlumatına görə, bu gün boks yarışlarında yarımfinal görüşləri keçirilib.

Azərbaycanı təmsil edən iki boksçumuz da final yolunda son görüşlərinə çıxıb.

 

Minsk-2019

Boks

69 kq

Legioner boksçumuz Lorenzo Sotomayor finala çıxmaq üçün böyük britaniyalı Pet Makkormakla qarşılaşıb. Lakin rəqibinə məğlub olan boksçumuz bürünc mükafatla kifayətlənib.

81 kq

Ölkəmizi bu çəkidə də legioner boksçu təmsil edir. Alfonso Domingez final üçün italiyalı Fiori Domingezlə qarşılaşıb. Rəqibini məğlub edən boksçumuz finala adlayıb. Onun həlledici görüşdəki rəqibi böyük britaniyalı Benjamin Vittaker olacaq. Qızıl medal uğrunda döyüş sabah baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest