"Barselona" 37 yaşlı hücumçu Robert Levandovskiyə maaşının əhəmiyyətli dərəcədə azaldılması ilə 1 illik müqavilə uzadılması təklif edəcək.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sport.es" yayıb.

Bildirilir ki, polşalı hücumçunun Kataloniya klubundakı gələcəyini müəyyən edən əsas məqam onun baş məşqçi Hans-Dieter Flik ilə qarşıdan gələn görüşü olacaq.

"Barselona" Levandovskinin aprelin sonu və ya may ayının əvvəlində cavabını gözləyəcək. Vurğulanır ki, hücumçunun yeni müqavilə üzrə əmək haqqı təxminən 50% azaldılacaq. Levandovski "Barselona"da özünü rahat hiss edir və burada daha ikinci dərəcəli rolda qalmağa hazırdır.

Qeyd edək ki, bu mövsüm hücumçu bütün yarışlarda 37 oyunda meydana çıxıb, 16 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 8 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest