Yurgen Klopp bu yaydan etibarən "Real"ın baş məşqçisi olacaq.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Fransız jurnalist Fransua Qallardo sosial media hesabında paylaşıb.

Bildirilir ki, qərar dekabr ayında verilib və müqavilə artıq imzalanıb. Komandanın hazırkı məşqçisi Arbeloanın hər hansı nəticə qazanıb-qazanmayacağı rol oynamayacaq.

Daha əvvəl mətbuatda Madrid klubunun alman məşqçiyə marağı olduğu bildirilirdi. Kloppun adı Madrid "Atletiko"su ilə də hallanır.

Qeyd edək ki, alman mütəxəssis "Liverpul"dan ayrıldıqdan sonra məşqçilik etmir. Yurgen Klopp "Liverpul"da 9 il (2015-ci ilin oktyabrından 2024-cü ilin yanvarına qədər) çalışıb. Bu müddət ərzində "Liverpul" 3 dəfə UEFA Çempionlar Liqasının finalına çıxıb: 2018, 2019 və 2022-ci illərdə.

2018/2019 mövsümündə Kloppun komandası 97 xalla Premyer Liqada ikinci yeri tutub - bu, İngiltərənin yüksək liqası tarixində üçüncü ən yüksək xal və titul qazanmayan komanda üçün ən yüksək xaldır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest