22 May 2026, 09:20
FUTBOL
"Əl-Nəsr"in baş məşqçisi Jorje Jesus Səudiyyə Ərəbistanı Pro Liqasında çempion olduqdan sonra komandadakı gələcəyi ilə bağlı açıqlama verib.
Matc.az xəbər verir ki, 71 yaşlı mütəxəssis komandadan ayrılacağını deyib.
"Mən "Əl-Nəsr"də məşqçilik etməyi Kristianoya "Sənin çempion olmağına kömək edəcəyəm, titul qazanacağıq və sonra gedəcəm" dediyimə görə qəbul etdim. Vəssalam. Mənim üçün hər şey bitdi. Bu, "Əl-Nəsr"in məşqçisi kimi son oyunumdur", - deyə Jesus açıqla verib.
Qeyd edək ki, portuqaliyalı mütəxəssis komandanı 2025-ci ilin avqustundan çalışdırır.













