22 May 2026, 14:37
FUTBOL
"Milan" mövsümün sonunda müqaviləsi başa çatan Luka Modriçi komandada saxlamağı planlaşdırır.
Matc.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
A Seriyası nəhəngi artıq 40 yaşlı yarımmüdafiəçi ilə yeni anlaşma üçün danışıqlara başlayıb. Modriçlə 1 illik müqavilə imzalanması planlaşdırılır. 40 yaşlı futbolçunun maaşı 4,5 milyon avro təşkil edəcək.
Qeyd edək ki, Luka Modriç mövsümün əvvəlindən "Milan"da çıxış edir. Təcrübəli oyunçu komandanın heyətində keçirdiyi 36 oyunda 2 qol vurub, 3 qol ötürməsi edib.













