22 May 2026, 13:11
FUTBOL
"Barselona"nın vingeri Rafinya karyerasını İngiltərədə davam etdirmək üçün variantlarının olduğunu, lakin şüurlu şəkildə Kataloniya klubunu seçdiyini bildirib.
Matc.az xəbər verir ki, braziliyalı futbolçu "Lids Yunayted"də çıxış edərkən "Çelsi" və "Arsensl"dan təklif aldığını deyib:
"Mənim Londonun həm "mavi", həm də "qırmızı" komandasından təkliflərim var idi. Lakin karyeramda verdiyim ən yaxşı qərar 'Barselona'ya keçmək oldu",
29 yaşlı futbolçu İspaniyaya 2022-ci ilin yayında "Lids"dən transfer olunub. Həmin vaxt transfer məbləği 58 milyon avro təşkil etmişdi. Rafinya cari mövsümdə karyerasının ən yaxşı dövrlərindən birini yaşayır. O, meydana çıxdığı 33 matçda 21 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.













