Rafael Qerreyro mövsümün sonunda "Bavariya"dan ayrılacaq.

Matc.az xəbər verir ki, bu barədə "Absolut Bayern" məlumat yayıb.

Portuqaliyalı futbolçunun Münhen təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatır. Bundesliqa nəhəngi 32 yaşlı yarımmüdafiəçiyə yeni sözləşmə təklif etməyəcək. Təcrübəli oyunçu azad agent statusu ilə klubu tərk edəcək.

Qeyd edək ki, Rafael Qerreyro bu mövsüm "Bavariya"nın heyətində bütün turnirlərdə keçirdiyi 28 oyunda 6 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest