26 futbolçudan ibarət siyahıya "Çelsi"nin lideri Koul Palmer, "Real"ın müdafiəçisi Trent Aleksander-Arnold, "Mançester Siti"nin vingeri Fil Foden və "Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr daxil edilməyib.
İngiltərə milli komandasının qarşıdakı dünya çempionatı üçün yekun heyəti bəlli olub.
Matc.az xəbər verir ki, 26 futbolçudan ibarət siyahıya "Çelsi"nin lideri Koul Palmer, "Real"ın müdafiəçisi Trent Aleksander-Arnold, "Mançester Siti"nin vingeri Fil Foden və "Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr daxil edilməyib.
Baş məşqçi Tomas Tuxel mundial üçün aşağıdakı futbolçulara güvənib:
Qapıçılar: Cordan Pikford ("Everton"), Din Henderson ("Kristal Pelas"), Ceyms Trafford ("Mançester Siti").
Müdafiəçilər: Ris Ceyms ("Çelsi"), Tino Livramento, Den Bern (hər ikisi — "Nyukasl"), Mark Gehi, Con Stounz, Niko O’Rayli (hamısı — "Mançester Siti"), Ezri Konsa ("Aston Villa"), Carell Kvansa ("Bayer", Almaniya), Ced Spens ("Tottenhem").
Yarımmüdafiəçilər: Deklan Rays, Bukayo Saka, Noni Madueke, Ebereçi Eze (hamısı — "Arsenal"), Elliot Anderson ("Nottingem Forest"), Cud Bellinqem ("Real Madrid", İspaniya), Cordan Henderson ("Brentford"), Morqan Rocers ("Aston Villa"), Kobbi Meynu ("Mançester Yunayted").
Hücumçular: Harri Keyn ("Bavariya", Almaniya), Ayvan Touni ("Əl-Əhli", Səudiyyə Ərəbistanı), Olli Votkins ("Aston Villa"), Markus Reşford ("Barselona", İspaniya), Entoni Qordon ("Nyukasl").













