22 May 2026, 12:29
FUTBOL
PSJ-nin baş məşqçisi Luis Enrike "Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiolanın milli komandada işləməyə marağı barədə danışıb.
Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis həmyerlisinin ona yığmadakı işlə bağlı suallar verdiyini deyib:
"İspaniya millisinə rəhbərlik edəndə, o, mənə bu iş barədə suallar verirdi. Onun həmişə özünü milli komandalar səviyyəsində sınamaq istəyi olub. İtaliya yığmasının başına keçəcəyini düşünmürəm. Lakin hadisələrin bu cür inkişafını da istisna etmək olmaz".
Pep Qvardiola və Luis Enrike futbol tarixində "trebl" (eyni mövsümdə üç əsas titulu qazanmaq) etməyi bacaran yeganə iki məşqçidir. Qvardiola buna "Barselona" və "Mançester Siti" ilə, Enrike isə "Barselona" və PSJ ilə nail olub.













