Misli Premyer Liqasına vəsiqə qazanan paytaxt təmsilçisini növbəti mövsümdən Zaur Həşimov çalışdıracaq.
"Şəfa" klubunun yeni baş məşqçisi rəsmən açıqlanıb. Misli Premyer Liqasına vəsiqə qazanan paytaxt təmsilçisini növbəti mövsümdən Zaur Həşimov çalışdıracaq.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, tərəflər arasında danışıqlar uğurla başa çatıb. Klub prezidenti Kənan Sadıqlının iştirakı ilə keçirilən görüşdə 44 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Zaur Həşimov məşqçilik karyerası ərzində "Qəbələ" və "Zirə" klublarında köməkçi məşqçi, həmçinin "Zirə"də baş məşqçi kimi fəaliyyət göstərib. Təcrübəli mütəxəssis Azərbaycanın U-18 milli komandasına da rəhbərlik edib.



_1780682402.jpg)



_1780678571.jpg)


_1780676018.jpeg)


