MLS-in Ulduzlar Oyunu üçün heyəti məlum olub. İyulun 29-da Şimali Karolina ştatının Şarlott şəhərindəki "Bank of America" stadionunda keçiriləcək qarşılaşmanın ilkin iştirakçıları müəyyənləşib.

Matc.az xəbər verir ki, bu barədə MLS rəsmi internet portalı məlumat yayıb. MLS ulduzlarından ibarət komanda təşkil olunacaq möhtəşəm oyunda Meksika Liqasının (Liga MX) Ulduzlar Komandası ilə üz-üzə gələcək.

Açıqlanan ilkin heyətdə Lionel Messi və Son Hınq-Min kimi dünya ulduzları da yer alıb. Hazırkı heyət aşağıdakı kimidir:

Qapıçı: Brayan Şvayk ("Neşvil")

Müdafiəçilər: Entoni Markanik ("Minnesota Yunayted"), Mbekezeli Mbokazi ("Çikaqo Fayr"), Tim Ream ("Şarlotta"), Endi Najar ("Neşvil")

Yarımmüdafiəçilər: Sebastian Berhalter ("Vankuver Uaytkeps"), Xavier Qoso ("Real Solt Leyk"), Hani Muxtar ("Neşvil")

Hücumçular: Huqo Kuipers ("Çikaqo Fayr"), Son Hınq-min ("Los-Anceles"), Lionel Messi ("İnter Mayami")

Qeyd edək ki, MLS Ulduzlar Komandasının baş məşqçisi Din Smit heyətə əlavə 13 oyunçu dəvət edəcək. Liqanın komissarı Don Qarber isə daha iki futbolçu ilə bağlı yekun qərarını verəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest