Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni kapitan Lionel Messinin 2026-cı il dünya çempionatı öncəsi fiziki vəziyyəti barədə şərh verib.

Matc.az xəbər verir ki, onun şərhlərini ESPN telekanalı yayıb.

Səkkizqat "Qızıl top" mükafatının sahibi may ayının sonlarında MLS matçında zədələnib və bu səbəbdən milli komandanın düşərgəsinə tam hazır vəziyyətdə qoşula bilməyib.

Argentina millisinin baş məşqçisi azarkeşləri sevindirərək kapitanın tam sağalmağa yaxın olduğunu bildirib: "Leo özünü yaxşı hiss edir. O, artıq qrupla məşq edib və bu, çox vacibdir. Komandadan tamamilə ayrı işləmir, tədricən formaya düşür. Onun vəziyyəti xeyli yaxşılaşıb və bu, bizi məmnun edir".

Xatırladaq ki, Argentina yığması Hondurasla keçirdiyi yoldaşlıq oyununda 2:0 hesabı ilə qələbə qazanıb. Lionel Messi matçın iştirak ərizəsində yer alsa da, qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, DÇ-2026-da Argentina J qrupunda Avstriya, İordaniya və Əlcəzair yığmaları ilə mübarizə aparacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest