Türkiyənin "Fənərbaxça" klubu heyətini dünya səviyyəli əcnəbi və yerli oyunçularla gücləndirmək niyyətindədir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı tanınmış insayder Fabrisio Romano paylaşıb.
İstanbul təmsilçisi İtaliyanın "İnter" klubunda çıxış edən yarımmüdafiəçi Hakan Çalhanoğlu ilə yaxından maraqlanır. "Fənərbaxça"nın prezidentliyinə namizəd Hakan Safi təcrübəli futbolçunun transfer olunması üçün aktiv şəkildə çalışır.
Klubun potensial yeni transfer hədəfləri arasında Luis Suares, Merih Demiral və Meyson Qrinvud kimi tanınmış simalar da yer alır. Lakin bu oyunçularla rəsmi müqavilələrin imzalanması birbaşa klubdakı seçkilərin nəticələrindən asılı olacaq.
Qeyd edək ki, "Fənərbaxça"da kritik prezident seçkiləri 6 və 7 iyun tarixlərində keçirilir. Hazırda bu post uğrunda iki namizəd - Əziz Yıldırım və Hakan Safi mübarizə aparır.













