Keyn İngiltərə yığmasının tarihindəki ən məhsuldar futbolçu rekordunu daha da təkmilləşdirərək qol sayını 79-a çatdırıb.
İngiltərə millisinin ulduz hücumçusu Harri Keyn milli komandanın heyətində növbəti qoluna imza atıb.
Matc.az xəbər verir ki, 32 yaşlı hücumçu Yeni Zelandiya ilə keçirilən yoldaşlıq oyununda komandasına 1:0 hesablı qələbə qazandıran yeganə qolun müəllifi olub.
Bu qolla Keyn İngiltərə yığmasının tarihindəki ən məhsuldar futbolçu rekordunu daha da təkmilləşdirərək qol sayını 79-a çatdırıb. Təcrübəli forvarda bu göstəriciyə çatmaq üçün ümumilikdə 113 oyun kifayət edib. Hazırda o, İngiltərə millisinin bombardirlər siyahısında ən yaxın izləyiciləri olan Ueyn Runini (53 qol) və əfsanəvi Bobbi Çarltonu (49 qol) böyük fərqlə qabaqlayır.
Dünya futbolu tarixinə də adını yazdıran Keyn, beynəlxalq arenada ən çox qol vuran oyunçuların ümumi siyahısında 11-ci pilləyə yüksəlib. O, aktivində 79 qol olan Neymar (Braziliya) və Qodfri Çitalu (Zambiya) ilə eyni sırada yer alıb. İngilis hücumçunun ilk "onluğ"a daxil olmasına cəmi bir qol qalır. O, 84 qolla 9-cu və 10-cu yerləri bölüşən Ferens Puşkaş (Macarıstan/İspaniya) və Əli Mabxutdan (BƏƏ) cəmi 5 qol geridədir.
Xatırladaq ki, İngiltərə yığması start götürəcək 2026-cı il dünya çempionatının L qrupunda Xorvatiya, Qana və Panama komandaları ilə mübarizə aparacaq.













