07 İyun 2026, 19:26
FUTBOL
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının iyunun 9-da San Marino yığmasına qarşı keçirəcəyi yoldaşlıq görüşü öncəsi təşkil olunacaq mətbuat konfransının və açıq məşqinin vaxtı müəyyənləşib.

Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
İyunun 8-də keçiriləcək media tədbirlərinin proqramı aşağıdakı kimidir:
20:30. Azərbaycan milli komandasının baş məşqçisinin mətbuat konfransı
21:30. Millimizin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi