Portuqaliyalı baş məşqçi Joze Mourinyo 2025-ci ilin sentyabrından bəri rəhbərlik etdiyi "Benfika" klubundan ayrıldığını rəsmi olaraq açıqlayıb.
Matc.az xəbər verir ki, təcrübəli mütəxəssisin Lissabon təmsilçisi ilə 2027-ci ilin iyununa qədər müqaviləsi var idi. Klub rəhbərliyi müqavilənin vaxtından əvvəl ləğv edilməsi üçün "Real Madrid"in 15 milyon avro təzminat ödədiyini təsdiqləyib.
Mourinyo sosial şəbəkə hesabında paylaşım edərək kluba və azarkeşlərə bu sözlərlə vida edib:
"Mənə "Benfika"nı idarə etmək imkanı yaratdığı üçün prezident Rui Koştaya təşəkkür edirəm. Bu böyük klubu təmsil etmək mənim üçün böyük şərəf idi. Yüksək peşəkarlığına, sədaqətinə və bacarığına görə bütün texniki heyətə xüsusi minnətdarlığımı bildirirəm.
Birlikdə çalışdığım bütün futbolçulara səmimi qəlbdən təşəkkür edir və həm karyeralarında, həm də şəxsi həyatlarında böyük uğurlar arzulayıram. Əminəm ki, aramızda çox güclü bağlar quruldu".










_1781108547.jpg)


