10 İyun 2026, 16:39
FUTBOL
"Nyukasl" heyətini yeni qapıçı ilə gücləndirib.
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Reyms"dən Even Jaueni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Nyukasl" 20 yaşlı qolkiper üçün Fransa klubuna 25 milyon avro təzminat ödəyib. 20 yaşlı "əlcək sahibi" ilə uzunmüddətli müqavilə imzalandığı bildirilib.
Qeyd edək ki, Even Jauen ötən mövsüm "Reyms"in heyətində keçirdiyi 34 oyunda qapısında 35 qol görüb.







_1781108547.jpg)





