"Bayer" heyətinə yeni futbolçu cəlb edib.

Matc.az xəbər verir ki, Leverkuzen təmsilçisi "Herta"dan Kennet Ayxxornun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Bayer" almaniyalı dayaq yarımmüdafiəçisi üçün II Bundesliqa klubuna 9 milyon avroluq sərbəstqalma məbləğini ödəyib. 16 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Kennet Ayxxorn ötən mövsüm "herta"nın heyətində keçirdiyi 20 oyunda 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest