Kurasao millisinin baş məşqçisi Dik Advokat dünya çempionatının qrup mərhələsinin 3-cü turunda Fil Dişi Sahilinə qarşı keçirilən oyundakı məğlubiyyəti (0:2) şərh edib.

Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis fikirlərini "Matç TV"nin efirində bölüşüb:

“Heç kimi qınamaq olmaz – komanda nəticə qazanmaq üçün çox çalışdı. İlk qolu rəqibə özümüz hədiyyə etdik. Buna baxmayaraq, qol vurmaq üçün kifayət qədər imkanlarımız oldu. Daha güclü rəqibə qarşı oynayanda belə məğlubiyyətlər qaçılmaz olur”.

Qeyd edək ki, Kurasao millisi E qrupunun turnir cədvəlində 3 oyundan topladığı 1 xalla dördüncü yeri tutub və mübarizəni dayandırıb.

Reqlamentə əsasən, qruplarda ilk iki yeri tutan komandalarla yanaşı, ən yaxşı nəticə göstərən 8 qrup üçüncüsü də pley-offa vəsiqə qazanır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest