"Mançester Siti" mərkəz yarımmüdafiəçisi Elliot Andersonun keçidi ilə bağlı "Nottingem Forest"lə klub tarixi üçün rekord məbləğdə razılıq əldə edib.
Matc.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
"Şəhərlilər" İngiltərə millisinin 23 yaşlı futbolçusu üçün təxminən 116 milyon funt-sterlinq (134,66 milyon avro) ödəməyə hazırdır ki, bu da transfer reallaşacağı təqdirdə Mançester klubunun tarixindəki ən bahalı satınalma olacaq. Bu məbləğə bonuslar daxil deyil və əlavə ödənişlərlə ümumi xərc daha da arta bilər.
Bildirilir ki, danışıqların növbəti mərhələsində Anderson üçün ümumi məbləğ 130 milyon funt-sterlinqə çata bilər ki, bu da İngiltərə futbolu tarixində mütləq rekord deməkdir.
Qeyd edək ki, ingiltərəli yarımmüdafiəçi 2024-cü ilin iyulunda "Nyukasl"dan keçdiyi "Nottingem Forest"in heyətində 92 matçda (6 qol, 11 məhsuldar ötürmə) çıxış edib. Anderson 2025/26 mövsümündə 50 oyunda 4 qol və 5 assistlə yadda qalıb. İngiltərə millisinə də dəvət alan ulduz futbolçu dünya çempionatında Tomas Tuxelin rəhbərliyi altında Xorvatiya ilə matçda (4:2) qol ötürməsi müəllifi olub.












