"Real"ın prezidenti Florentino Peres "Çelsi"nin yarımmüdafiəçisi Enso Fernandesin 120 milyon avroluq transfer qiymətini aşağı salmaq üçün "Kral klubu"nun hazırkı futbolçularını mübadilə prosesinə daxil etmək variantını nəzərdən keçirir.

Matc.az xəbər verir ki, bu barədə "Defensa Central" nəşri məlumat yayıb.

Bildirilir ki, Madrid təmsilçisi argentinalı oyunçunun keçidi müqabilində müdafiəçi Alvaro Karreras və yarımmüdafiəçi Eduardu Kamavinqanı London klubuna təklif edə bilər.

"Çelsi"nin baş məşqçisi Xabi Alonsonun Karrerasın transferinə razılıq verəcəyi istisna edilmir. Çünki o, daha əvvəl "Real"ı çalışdırarkən bu futbolçunun komandaya gətirilməsini istəmişdi.

Vurğulanır ki, "Kral klubu" Enso Fernandes üçün danışıqsız 120 milyon avro ödəmək niyyətində deyil və yarımmüdafiəçinin qiymətini maksimum dərəcədə endirməyə çalışır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest