Yaponiya millisinin sol müdafiəçisi Yuto Naqatomo Asiya futbolçuları arasında dünya çempionatlarının mütləq rekordçusu olub.

Matc.az xəbər verir ki, 39 yaşlı oyunçu qrup mərhələsində İsveçlə keçirilən görüşdə (1:1) meydana çıxmaqla bu uğura imza atıb.

O, qarşılaşmanın 75-ci dəqiqəsində Keito Nakamuranı əvəzləyib. Bu, Naqatomonun karyerasında yaşıl meydana ayaq basdığı 5-ci dünya çempionatıdır ki, indiyə qədər heç bir Asiya futbolçusu belə nailiyyətlə öyünə bilməyib.

Xatırladaq ki, onunla eyni sayda dünya çempionatında Luka Modriç, Luis Suares, Manuel Neyer, Lotar Matteus, Andres Quardado, Rafa Markes və Antonio Karbahal da iştirak edib. Rekordçular isə Kriştianu Ronaldu və Lionel Messidir. Onlar üçün hazırkı turnir karyeralarında 6-cı dünya çempionatıdır.

Qeyd edək ki, vaxtilə Milan "İnter"ində 200-dən çox oyuna çıxan Naqatomo karyerası ərzində 8 titul qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest