26 İyun 2026, 14:29
FUTBOL
Maksans Lakrua "Kristal Pelas"dan "Çelsi"yə keçəcək.
Matc.az xəbər verir ki, bu barədə "L’Equipe" nəşri məlumat yayıb.
"Zadəganlar" 26 yaşlı müdafiəçini dünya çempionatından sonra heyətinə qatacaq. Sövdələşmənin məbləğinin təxminən 55 milyon avro olacağı gözlənilir.
Premyer Liqanın başa çatan mövsümündə Lakrua 35 matçda meydana çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə edib, 4 sarı və 1 qırmızı vərəqə alıb.













