Böyük dəbilqə turnirlərinin altıqat qalibi, almaniyalı tennisçi Boris Bekker Yulian Naqelsmanın futbol üzrə Almaniya millisinin baş məşqçisi vəzifəsindən gedişinə münasibət bildirib.
Matc.az xəbər verir ki, bu barədə Boris Bekker öz sosial şəbəkə səhifəsində paylaşım edib.
Bildirilir ki, tennisçi gənc mütəxəssisin milli komanda üçün hələ tez olduğunu vurğulayıb: "Naqelsman haqqında artıq hər kəs hər şeyi deyib! O, şübhəsiz ki, yaxşı klub məşqçisi olacaq, hələlik milli komandanın baş məşqçisi postu üçün çox gəncdir. Ona gələcək həyat yolunda hər şeyin ən yaxşısını arzulayıram!".
Xatırladaq ki, Yulian Naqelsman komandanın dünya çempionatı 2026-dakı uğursuzluğundan sonra futbol üzrə Almaniya millisinin baş məşqçisi vəzifəsindən ayrıldığını bəyan etmişdi. Almaniya yığması turnirin 1/16 final mərhələsində Paraqvaya məğlub olaraq mübarizəni dayandırmışdı.













