Türkiyənin "Beşiktaş" klubu 31 yaşlı vinqer Leandro Trossardın transferi barədə İngiltərənin "Arsenal" klubu ilə 20 milyon avro məbləğində razılıq əldə edib.

Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Bildirilir ki, sövdələşməyə 18 milyon avro transfer haqqı daxildir. Əlavə 2 milyon avro isə bonuslar və digər ödənişlər şəklində nəzərdə tutulub. Futbolçunun şəxsi müqaviləsinin şərtləri isə hələlik razılaşdırılma mərhələsindədir.

Trossardın "Arsenal" ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatır. "Transfermarkt" portalında oyunçunun bazar dəyəri 18 milyon avro təşkil edir.

Geridə qalan mövsümdə Trossard Mikel Artetanın komandasında 50 matça çıxıb, 8 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, futbolçu hazırda Belçika millisinin heyətində dünya çempionatı 2026-da iştirak edir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest