Fransalı mütəxəssis Erve Renar futbol üzrə Tunis milli komandasının baş məşqçisi postundan ayrıldığını elan edib.

Matc.az xəbər verir ki, mütəxəssis bu barədə özünün instaqram profilində paylaşım edib.

Renar Tunis Futbol Federasiyasına dünya çempionatı turnirində iştirak etmək imkanı yaratdığı üçün təşəkkür edib:

"Getməzdən əvvəl Tunis Futbol Federasiyasına dünya çempionatı turnirində iştirak etmək imkanı yaratdığı üçün səmimi qəlbdən təşəkkür etmək istəyirəm. Tunis rənglərini qorumaq və bu unudulmaz təcrübəni yaşamaq mənim üçün böyük şərəf idi.

Tunis millisinə gələcəkdə hər şeyin ən yaxşısını arzulayıram. Əminəm ki, komanda gələcəkdə də inkişaf edəcək, bütün xalqa sevinc bəxş edəcək və öz tarixinin yeni parlaq səhifələrini yazacaq.

Bu macəra boyu yanımda olan hər kəsə təşəkkür edirəm. Sizə gələcəkdə böyük uğurlar arzulayıram. Mənim buradakı hekayəm başa çatdı", – deyə Renar yazıb.

Tunis yığması qrup mərhələsində hər 3 oyunda məğlub olaraq (İsveçə 1:5, Yaponiyaya 0:4 və Niderlanda 1:3) yarışla vidalaşıb.

Xatırladaq ki, 57 yaşlı mütəxəssis Tunis yığmasını cari dünya çempionatının elə ilk turundan sonra qovulan Sabri Lyamuşinin yerinə gətirilmişdi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest