Son mövsümü Fransanın "Olimpik" (Marsel) klubunda keçirən Mario Balotelli ilə bağlı İtaliyada cinayət işi açılıb. Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Neapolda tətildə olan Balotelli, ötən həftə "motosikletlə dənizə girə bilərsən?" deyərək, dostu ilə 2 min avro müqabilində mərcə girib.

Dostunun motosikletlə dənizə girməsindən sonra mərci uduzan 28 yaşlı futbolçu, 2 min avro ödəyib və bütün bunları sosial şəbəkə hesabında olduğu kimi izləyicilərinə göstərib.
 
Məsələylə bağlı araşdırma başladan Neapol polisi, Balotelli, dostu və digər iki nəfər haqqında ictimai ərazidə mühitə zərər vermək, dənizi çirkləndirmək və qumar oynamağa təşviq etməklə bağlı cinayət işi başladıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest