01 Avqust 2026, 16:01
FUTBOL
Türkiyə Futbol Federasiyası (TFF) yeni mövsüm öncəsi Super Liqa üçün böyük texnoloji yeniliyə imza ataraq çipli top tətbiqinə keçilməsi barədə qərar qəbul edib.
Matc.az xəbər verir ki, idarə heyətinin toplantısında qəbul edilən bu yüksək maliyyətli sistemin həyata keçirilməsi üçün FIFA-dan maliyyə dəstəyi istəniləcək.
Ali futbol qurumundan mənfi cavab gələcəyi təqdirdə belə federasiya qərarından geri addım atmayacaq və lazımi qaynaq yaradılaraq texnologiyanı işə salacaq.
Yeni sistem çərçivəsində hər stadiona əlavə 4 kamera quraşdırılacaq və VAR-ın dəqiqliyi maksimum səviyyəyə çatdırılacaq.
Bundan başqa, yeni mövsümdə mübahisəli qaydalarda FIFA-nın deyil, UEFA-nın tətbiqbiq etdiyi standartlar əsas götürüləcək.













