Misir millisinin ulduz futbolçusu Məhəmməd Salah karyerasını "Trabzonspor"da davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Yağız Sabunçuoğlu məlumat yayıb.

Bildirilir ki, "Trabzonspor" Salahın nümayəndələri ilə görüş keçirib və rəsmi təklif təqdim edib: illik 17 milyon avro maaşla 2 illik müqavilə.

Beləliklə, "Trabzonspor" oyunçunun agentinin tələbləri ucbatından "Beşiktaş"ın Salahla müqavilə imzalayarkən qarşılaşdığı çətinliklərdən yararlanmağa çalışır.

Salah iyulun əvvəlindən azad agent statusundadır, onun "Liverpul"la müqaviləsinin müddəti başa çatıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest