UEFA Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantinonun postundan istefa verməsinə nail olmağa çalışır.

UEFA Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantinonun postundan istefa verməsinə nail olmağa çalışır.

Matc.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

Bildirilir ki, qurumun İnfantinonu nüfuzdan salmaq planı var və bu layihəni isveçrəli funksioner özü UEFA-da çalışdığı vaxt hazırlayıb.

FIFA-nın sabiq prezidenti Zepp Blatterlə bağlı korrupsiya qalmaqalı zamanı İnfantino gizlicə UEFA-nı Beynəlxalq Futbol Federasiyasından uzaqlaşdırmaq və alternativ dünya futbol qurumu yaratmaq planı hazırlayıb. Həmin plan rəsmi olaraq təqdim edilməmişdi. Lakin indi UEFA oxşar tədbirləri İnfantinonun özünə qarşı tətbiq etmək imkanlarını nəzərdən keçirir.

Qeyd edək, avqustun 1-də UEFA, FIFA-nın dünya çempionatı və digər turnirlərin hüquqlarının bir hissəsini özəl investorlara satmaq layihəsini hazırlamasından sonra bu qurumun rəhbərliyinə açıq şəkildə etimadsızlıq nümayiş etdirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest