18 Avqust 2026, 14:18
FUTBOL
PSV-nin yarımmüdafiəçisi Coi Verman Dortmund "Borussiya"sına keçib.
Matc.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçu ilə müqavilə 30 iyun 2031-ci ilə qədər nəzərdə tutulub. Bu transfer "Borussiya"ya 22 milyon avroya başa gəlib.
Yarımmüdafiəçi daha əvvəl "Herenven" və "Volendam" klublarında çıxış edib.
Eyndhoven təmsilçisinin heyətində ümumilikdə 198 matça çıxan niderlandlı oyunçu 31 qol vurub və 67 məhsuldar ötürmə ilə yadda qalıb.












