18 Avqust 2026, 16:10
FUTBOL
Azərbaycanın I Liqa təmsilçisi "Səbail" növbəti transferini rəsmiləşdirərək Rail Əmirquliyevi heyətinə qatıb.
Azərbaycanın I Liqa təmsilçisi "Səbail" növbəti transferini rəsmiləşdirərək Rail Əmirquliyevi heyətinə qatıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, paytaxt təmsilçisi gənc yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalayıb.
20 yaşlı futbolçu 2026/2027 mövsümündə "dənizçilər"in uğurları üçün tər tökəcək.
Qeyd edək ki, yeni mövsümün transfer çalışmalarını sürətlə davam etdirən Bakı klubunun yeni oyunçusu son olaraq "Şahdağ Qusar" komandasının şərəfini qoruyub.












