Türkiyənin nüfuzlu Fanatik nəşri "Qalatasaray"ın prezidenti Dursun Özbəkin "Lokomotiv"in yarımmüdafiəçisi Aleksey Batrakovun transferinə münasibətini açıqlayıb.

Matc.az xəbər verir ki, Batrakovun alınmasında məhz Dursun Özbək israr edib.

O, Alekseyə çox inanır və onda böyük potensial görür.

"Qalatasaray"ın prezidenti ətrafındakılara bu fikirləri deyib: "Biz transfer siyahımızda birinci nömrə olan oyunçunu alırıq. Baş məşqçimiz də onu çox bəyəndi. Necə yüksək səviyyəli futbolçu transfer etdiyimizi hamı görəcək".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest