Misir millisinin baş məşqçisi Hossam Hassan ailə daxili münaqişənin qurbanı olub.

Matc.az xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.

Bildirilir ki, hadisə Hassanın Misir otellərinin birində həyat yoldaşı Dan-Adam ilə birlikdə istirahət etdiyi zaman baş verib. Hassan və onun hazırkı xanımı baş məşqçinin uşaqları ilə gəzən keçmiş həyat yoldaşı Huvayda ilə qarşılaşıblar. Qarşılıqlı təhqirlərdən sonra qadınlar arasında şiddətli mübahisə yaranıb.

Davanın mərkəzində qalan Hassan çarəsiz halda tərəfləri sakitləşdirməyə çalışsa da, sonda huşunu itirib. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest