Belçika millisinin yarımmüdafiəçisi Aksel Vitsel "Nitsa"nın futbolçusu olub.

Matc.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, müqavilənin müddəti daha bir mövsüm uzadılmaq şərti ilə 1 illik (2027-ci ilin iyun ayının sonuna qədər) nəzərdə tutulub. Vitsel "Nitsa" heyətində 28 nömrəli formada çıxış edəcək.

37 yaşlı veteran oyunçu Fransa təmsilçisinə azad agent statusu ilə 2025-cü ilin yayından bəri şərəfini qoruduğu "Jirona"dan keçib. Vitsel ötən mövsüm İspaniya La Liqasında meydana çıxdığı 32 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yaddan qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest