"Qalatasaray" "Mançester Yunayted"in yarımmüdafiəçisi və komandanın kapitanı Brunu Fernandeşə mövsüm üçün 21 milyon avro maaşla 4 illik müqavilə təklif etməyə hazırdır.

Matc.az xəbər verir ki, bu barədə The Telegraph idman nəşri məlumat yayıb.

Bildirilir ki, 31 yaşlı futbolçu keçidə razılıq verəcəyi təqdirdə, həmçinin 4 million avro məbləğində bonus da qazanacaq.

Lakin "Mançester Yunayted" rəhbərliyi portuqaliyalı yarımmüdafiəçini planlarının ayrılmaz hissəsi hesab etdiyi üçün onun satışına qəti şəkildə qarşı çıxır.

Bundan əlavə, ötən ay futbolçunun müqaviləsində yer alan 65 milyon avroluq sərbəstqalma maddəsinin qüvvədən düşdüyü vurğulanıb.

"Sarı-qırmızılılar" portuqaliyalı ulduzun transferi üçün İngiltərə təmsilçisinə ümumilikdə 50 milyon avro ödəməyə hazırlaşır. İstanbul klubu bu məbləğin 35 milyon avroluq sabit hissəsini 2028-ci ilə qədər üç dəfəyə ödəməyi, yerdə qalan 15 milyon avronu isə bonus şəklində təqdim etməyi planlaşdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest