"Yuventus" "Tottenhem"in qapıçısı Qulyelmo Vikarionu 30 iyun 2027-ci ilə qədər icarəyə götürdüyünü elan edib.

Matc.az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 29 yaşlı qapıçının Turin təmsilçisinə məcburi olmayan satınalma variantı ilə icarəyə keçib.

Vikario 2023-cü ilin yayından etibarən "Tottenhem"in heyətində çıxış edir. Ötən mövsüm italiyalı qolkiper bütün turnirlərdə ümumilikdə 43 matçda iştirak edib və bu oyunların 13-də qapısını toxunulmaz saxlayıb. "Transfermarkt" portalında qapıçının dəyəri 18 milyon avro təşkil edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest