"Vest Hem"in almaniyalı hücumçusu Niklas Füllkruq karyerasını Bremenin "Verder" klubunda davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, söhbət 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulan icarə müqaviləsindən gedir. İcarə razılaşmasında futbolçunun transfer hüquqlarının birdəfəlik satın alınması bəndi nəzərdə tutulmayıb.
Füllkruq "Verder" klubunun yetirməsidir və o, komandanın əsas heyətində 2012–2014, həmçinin 2019–2023-cü illərdə çıxış edib. Hücumçu karyerası ərzində "Qroyter Fürt", "Nürnberq", "Hannover" və Dortmund "Borussiya"sının da şərəfini qoruyub.
Niklas Füllkruq 2024-cü ilin yayından etibarən "Vest Hem"ə məxsusdur. Almaniyalı futbolçu ötən mövsümün ikinci yarısını icarə əsasında "Milan"da keçirib və A Seriyasında 20 matçda 1 qolla yadda qalıb.













