"Vest Hem"in müdafiəçisi Aaron Van-Bissaka karyerasını "Aston Villa"da davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, klublar futbolçunun icarəsi barədə tam razılığa gəliblər. Müqavilədə oyunçunun transfer hüquqlarının məcburi satın alınması bəndi yer alacaq. Tərəflər artıq bütün məsələləri razılaşdırdıqları üçün 28 yaşlı ingilis futbolçu Birmingem klubunda tibbi müayinədən keçmək üçün rəsmi icazə alıb.
Van-Bissaka "Kristal Pelas" klubunun yetirməsidir və komandanın heyətində 46 matçda 4 məhsuldar ötürmə ilə yadda qalıb.
O, 2019-cu ilin yayında "Mançester Yunayted"ə keçib və orada 190 oyunda 2 qol, 13 məhsuldar ötürmə müəllifi olub. Müdafiəçi 2024-cü ilin avqustunda mankunianlıların düşərgəsini tərk edərək "Vest Hem"ə qoşulub.
London təmsilçisinin heyətində 2025/26 mövsümündə 27 matça çıxan Aaron 3 məhsuldar ötürmə ilə yadda qalıb.













