UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin pley-off raundunda "Sabah" klubunun rəqibi olan İsrailin "Hapoel Beer-Şeva" komandası UEFA tərəfindən pul cəriməsinə məruz qalıb.
Matc.az xəbər verir ki, bu barədə "ONE" nəşri məlumat yayıb.
İsrail çempionu turnirin təsnifat mərhələsində İslandiyanın "Vikinqur" və Serbiyanın "Srvena Zvezda" klublarına qarşı keçirilən oyunlardakı iğtişaşlara görə cərimələnib.
UEFA "Vikinqur"la matçda baş verənlərə görə İsrail təmsilçisinə 6000 avro, "Srvena Zvezda" ilə qarşılaşmalara görə isə müvafiq olaraq 10 000 və 8250 avro cərimə kəsib. Beləliklə, "bayquşlar"ın rəqibi ümumilikdə 24 250 avro ödəməli olacaq.
Xatırladaq ki, "Sabah" və "Hapoel Beer-Şeva" komandaları arasındakı cavab oyunu avqustun 25-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:45-də başlayacaq.
Tərəflər arasındakı ilk görüş İsrail klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.













