"Barselona"nın dayaq yarımmüdafiəçisi Tommi Markes Portuqaliyanın "Braqa" klubuna keçib.
Matc.az xəbər verir ki, 19 yaşlı futbolçunun tamtransferini hər iki klubun mətbuat xidməti təsdiqləyib.
Bildirilir ki, müqavilənin məbləği 11 milyon avro təşkil edib. "Barselona" əlavə olaraq 1 milyon avro bonus və oyunçunun növbəti satışından əldə olunacaq mənfəətin 20 faizini qazana bilər.
Bundan başqa, "Barselona"nın Markesi 60 milyon avroya geri satın alma opsiyası da var. İspaniyalı futbolçunun müqaviləsində sərbəstqalma məbləği də eyni miqdarda müəyyən edilib.
"Braqa" ilə oyunçu arasındakı müqavilənin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Markes yeni klubunda 16 nömrəli forma ilə çıxış edəcək.
O, ötən mövsüm "Barselona"nın heyətində cəmi iki oyunda meydana çıxıb və 9 dəqiqə şans qazanıb.


_1787347337.jpg)










